22 Dekabr 2024, Bazar

Bu gün muxtar respublikada nail olunmuş sosial-iqtisadi inkişaf, təhsilə göstərilən dövlət qayğısı, bu sahədə olan çatışmazlıqların tezliklə aradan qaldırılması üçün həyata keçirilən təsirli və məqsədyönlü tədbirlər bütün valideynlərin, həmçinin müəllim və şagirdlərin problemini aradan qaldırıb. Dərsliklər pulsuz verilir, məktəbli geyimləri vahid formadadır, istənilən ölçüdə məktəbli formaları ucuz qiymətə satılır, məktəbli ləvazimatları da boldur.
Daha bir yaxşı hal ondan ibarətdir ki, hər il Naxçıvan şəhərində məktəbli yarmarkaları təşkil edilir. Buradan istənilən məktəbli ləvazimatını və geyimlərini, ən uzağı, bir saat ərzində almaq olar. Cari ildə də Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda təşkil edilən məktəbli yarmarkasında qələbəlik müşahidə olunur. Qeyd edək ki, sentyabr ayının 1-dən başlanan və 15-dək davam edəcək yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası, lüğət, bədii ədəbiyyatlar və digər ləvazimatlar satılır.
Yarmarkada ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışına da geniş yer ayrılıb. Burada satılan lüğət və digər nəşrlərə, dünya uşaq ədəbiyyatı nümunələrinə, bədii və elmi ədəbiyyata da böyük alıcı marağı vardır. Satış yerlərinin hər birində məhsulların zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, yüksək xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təşkil edilən, 40-dan çox sahibkarlıq subyektinin iştirak etdiyi məktəbli yarmarkasında Naxçıvan şəhərində fəaliyyət göstərən yerli istehsal müəssisələrinin məhsulları da satışa çıxarılır.
Yarmarkada həmsöhbət olduğumuz valideynlərin və müəllimlərin hamısı belə tədbirin təşkilindən razılıqlarını bildirdilər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR