22 Dekabr 2024, Bazar

Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birlikdə muxtar respublikada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının aparılması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
Tədbiri Dövlət Yol Polisi İdarəsinin rəisi, polis mayoru Aydın Ağayev açaraq qeyd edib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqavilələrinin bağlanmasına nəzarət qanunla Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinə həvalə olunub. Bu işin aparılması üçün Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Dövlət Baş Sığorta Agentliyi ilə birlikdə tədbirlər həyata keçirib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək sığortanın əhəmiyyətindən danışıb. Bildirilib ki, Dövlət Yol Polisi ilə birgə aparılmış işlər nəticəsində muxtar respublikada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində irəliləyişlər əldə edilib. Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə qüvvədə olan müqavilələrin sayı 17 mindən çoxdur. Bu isə o deməkdir ki, avtonəqliyyat vasitəsi sahibi olan şəxs yol-nəqliyyat hadisəsi baş verdikdə üçüncü şəxslərə dəymiş zərər məbləğinin ödənilməsində sığorta ödənişlərindən istifadə edə bilər. Qeyd olunub ki, görülmüş işlərlə bərabər, hələ də avtonəqliyyat vasitəsi sahibləri arasında mülki məsuliyyətini icbari sığorta etdirməyən vətəndaşlar vardır. Qarşıda duran vəzifə isə Azərbaycan Respublikasının qanunu ilə tənzimlənən icbari sığortalar üzrə hər bir avtonəqliyyat vasitəsi sahibini, onun mülki məsuliyyətini icbari sığortaya cəlb etməkdir.
Sonra Babək Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Seyidrza Seyidov, Şahbuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi qrupunun baş inspektoru Etibar Nağıyev, Şahbuz və Şərur Rayon Dövlət Sığorta agentliklərinin direktorları Nuran Xəlilov, Fikrət Mustafayev çıxış edərək sığorta işinin günün tələbləri səviyyəsində qurulması üçün qarşıda duran vəzifələrdən danışıblar.
Tədbirin sonunda sığorta işinin aparılmasında fərqlənmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından 15 nəfərə pul mükafatı verilib.
Tədbirə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin rəisi, polis mayoru Aydın Ağayev yekun vurub.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR