22 Dekabr 2024, Bazar

Ordubad rayonunda keçirilən növbəti əmək yarmarkasını rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası sakinlərinin əmək hüququnun qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətini təşkil edir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada səmərəli işgüzarlıq mühiti formalaşdırılıb, investisiya fəallığı daha da artırılıb, insan kapitalının yüksək inkişaf səviyyəsi təmin edilib.
Qeyd olunub ki, Ordubad Rayon Məşğulluq Mərkəzinin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində olan boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər. Bugünkü əmək yarmarkası da işaxtaran vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin edilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm tədbirlərdən biridir. Yarmarkanın təşkilində əsas məqsəd işaxtaranların öz ixtisaslarına uyğun işlə təmin olunmasıdır. Ötən illərdə mərkəzə müraciət edən vətəndaşlar əmək yarmarkaları vasitəsilə özlərinə daimi iş yerləri tapıblar.

İşaxtaran vətəndaş Zövqiyə Kərimova belə yarmarkaların keçirilməsinin vətəndaşların işlə təmin edilməsində böyük əhəmiyyəti olduğunu vurğulayıb, işaxtaranlara, xüsusilə gənclərə istəklərinə uyğun iş yeri tapmaq üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirib.
Əmək yarmarkasında Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikamızda əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)” nın uğurlu icrası işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalması ilə nəticələnib. Muxtar respublikamızda da həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır və muxtar respublika sakinləri tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir. Fərqanə Hüseynli əmin olduğunu bildirib ki, bu gün keçirilən əmək yarmarkasında da iştirak edənlər istəklərinə uyğun iş yeri əldə edə biləcəklər.
Əmək yarmarkasında işaxtaranlara 19 təşkilatdan 224 boş iş yeri təqdim olunub. 20 nəfərə işə göndəriş verilib.
Qeyd edək ki, bu gün Babək rayonunda da əmək yarmarkası keçiriləcək.

 Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR