22 Dekabr 2024, Bazar

Bu mövzuda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsi tərəfindən rayonun Zeynəddin kəndində maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə fondun Babək Rayon Şöbəsinin müdiri Natiq Hacıyev və Fərdi uçotun təşkili sektorunun müdiri Azər Məmmədov çıxış edərək məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhəmiyyəti, əmək pensiyaları və sığortaolunanların pensiya təminatı hüququ, sığortaolunanların fərdi uçot sistemi ilə bağlı məsələlər barədə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, məcburi dövlət sosial sığorta haqqı əmək pensiyalarının yeganə maliyyə mənbəyi olduğundan pensiyaların maliyyələşdirilməsi vəziyyəti bilavasitə sığorta haqqının ödənilməsindən asılıdır. İşçilərin sosial sığorta münasibətləri “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlarla tənzimlənir.
Tədbirdə torpaq mülkiyyətçilərinin məcburi dövlət sosial sığortası üzrə vəzifələrindən də danışılmışdır. Bildirilmişdir ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan mülkiyyətçilər torpağın olduğu ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun orqanlarında uçota durmalıdırlar.
Qeyd olunmuşdur ki, məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödəməklə torpaq mülkiyyətçiləri gələcəkdə baş verə biləcək sosial sığorta hadisələrindən sığortalanmış olacaqlar. Ödənilmiş məcburi dövlət sosial sığorta haqları onlar üçün fondda fərdi uçot sistemində açılmış fərdi şəxsi hesablara işlənilir. Gələcəkdə pensiya təyinatı aparıldıqda həmin fərdi şəxsi hesabda olan məlumatlar əsas götürüləcəkdir. Qeyd olunmuşdur ki, məcburi dövlət sosial sığorta haqqı sığortaedənlər tərəfindən “onlayn ödəmə” sistemi vasitəsilə bankda nağd qaydada və ya internet vasitəsilə plastik kartlardan istifadə etməklə ödənilə bilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR