22 Dekabr 2024, Bazar

Muxtar respublikada əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər aztəminatlı ailələri də əhatə etmişdir. Bu qrupdan olan ailələrin sosial müdafiələrinin gücləndirilməsi məqsədilə ünvanlı sosial yardımların təyin edilməsi, əmək qabiliyyətli ailə üzvlərinin məşğulluq problemlərinin həll olunması, aztəminatlı ailələrə baş çəkilməsi bu səpgidə görülən işlərdəndir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, növbəti belə görüş Babək rayonunun Nehrəm kəndində yaşayan aztəminatlı, I qrup əlil Elnur Ələkbərovun evində keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin əməkdaşları ailənin yaşayış vəziyyəti ilə maraqlanmış, ailə üzvlərini tibbi müayinədən keçirmiş, ailəyə məişət əşyası və ərzaq payı verilmişdir.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR