22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində könüllü qanvermə aksiyası keçirilib.
Aksiyada Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər. Növbəti qanvermə aksiyasının keçirilməsində əsas məqsəd qana ehtiyacı olan uşaqlara tibbi yardımın keyfiyyətinin artırılması, faktor preparatları ilə müalicənin təşkil edilməsi və digər tədbirlərin görülməsindən ibarət olub.
Əvvəlcə donorlardan arterial təzyiqin yoxlanılması, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin olub-olmamasının müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Donorlardan götürülmüş 20,4 litr qanın qrupları müəyyənləşdirilib, birli, ikili və üçlü torbalarda 13,8 litri Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin, 6,6 litri isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin qan banklarına təhvil verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR