Muxtar respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, qeyri-məşğul əhalinin işlə təmin edilməsi, müxtəlif sahələr üzrə peşələrə cəlb olunması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlər sırasında gənclərin və işaxtaran vətəndaşların ehtiyac duyulan sahələrdə işləməsi üçün onlara peşə təhsili verilməsidir.
2009-cu ilin aprel ayından fəaliyyətə başlayan Naxçıvan Regional Peşə Tədris Mərkəzi bu funksiyanı uğurla yerinə yetirir. Ötən müddət ərzində mərkəzdə yüzlərlə gənc müxtəlif peşələrə yiyələnib, ehtiyac olan sahələrdə işlə təmin edilib. Hazırda mərkəzdə 4 ixtisas üzrə məşğələlər davam etdirilir. Ağac üzərində oyma, qadın bərbəri, qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, ofisiant peşələri üzrə 57 nəfər təhsil alır. Onlardan 4-ü qadın olmaqla, 8-i məhdud fiziki imkanlılardır. İki ay davam edəcək məşğələlər sona çatdıqdan sonra məzunlara şəhadətnamələr veriləcək, onlar iş yerləri ilə təmin olunacaqlar.
Xəbərlər şöbəsi