07 Oktyabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin digər regionlarından olan daha 70 nəfər sağlamlıq imkanları məhdud şəxsin muxtar respublikaya səfəri təşkil edilib. Onlar Naxçıvanda yaradılan şəraitdən bəhrələnməklə, Səhiyyə Nazirliyinin Naxçıvan Diaqnostika Mərkəzində, Darıdağ Arsenli Su Müalicəxanasında və Duzdağ Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər. Əlavə olaraq səfər müddətində qonaqların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Naxçıvan şəhərində yerləşən və Şərq memarlığı incilərindən biri olan Möminə xatın türbəsinə, Əcəmi seyrəngahında təşkil olunmuş Açıq Səma Altında Muzeyə ekskursiyası baş tutub, daha sonra onlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Ekskursiyanın davamında sağlamlıq imkanları məhdud şəxslərin “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksinə ziyarəti təşkil edilib. Ziyarətin ardından çay süfrəsi arxasında səmimi söhbət olub.
Gəzinti muxtar respublikaya səfər edən sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəssürat yaradıb, onlar göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR