22 Dekabr 2024, Bazar

Dünən Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının Gənc­lər Fondunun dəstəyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının təşkilatçılığı ilə gənclər arasında “Nizami Gəncəvi ili”nə həsr olunmuş Ümumrespublika Xəmsə Festivalının Naxçıvan Muxtar Respublikasındakı seçmə mərhələsi keçirilib. Oyunun keçirilməsində məqsəd gənclərin dünyagörüşünü, zehni inkişafını, intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, onların asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.


Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov muxtar respublikada gənclərə və gənc­lər təşkilatlarına göstərilən dövlət qayğısından danışıblar. Həmçinin dahi şair Nizami Gəncəviyə həsr olunmuş tədbirlərin keçirilməsinin əhəmiyyəti və gənc nəslin dahi şairin poetik irsini daha geniş öyrənməsinin vacibliyi bir daha vurğulanıb.
Oyunda Yeni Azərbaycan Partiyasının Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur və Naxçıvan şəhər təşkilatlarını təmsil edən səkkiz komanda iştirak edib. “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundundan ibarət olan oyunda ən çox xal toplayan Naxçıvan şəhər təşkilatını təmsil edən komanda I yerin sahibi olaraq muxtar respublikanı Gəncə şəhərində keçiriləcək ümumrespublika final mərhələsində təmsil etməyə haqq qazanıb.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR