Gənclərin istirahətinin səmərəli təşkili məqsədilə Ağbulaq İstrahət Mərkəzində “Yay məktəbi” fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan ənənəvi “Yay məktəbi” 3 gün davam edəcək. Layihənin proqramına əsasən, bu müddət ərzində təlim, konsert proqramı, müxtəlif idman oyunları, müsabiqələr, intellektual yarışlar və film nümayişi təşkil olunacaq.
Qeyd edək ki, “Yay məktəbi”nin budəfəki mərhələsində muxtar respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin tələbələri, həmçinin könüllü gənclər iştirak edir.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti