26 Aprel 2024, Cümə

Gənclərin istirahətini səmərəli təşkil etmək məqsədilə Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”nin iştirakçıları mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olub, müxtəlif idman oyunları, “Vətəni tanı” və “Fərdi Xəmsə” intellektual oyunlarında iştirak edib, şəhid leytenant Qabil Orucəliyevə həsr edilən sənədli filmi izləyib, STEAM təlimində də iştirak ediblər. “Gender bərabərliyi” və “Sosial şəbəkələrin cəmiyyətdəki rolu” mövzularında müzakirələr aparılıb, gənc­lərin nümayiş etdirdikləri yumoristik səhnəciklər izlənilib. Axşam saatlarında isə gənc skripkaçı, Naxçıvan Dövlət Filarmoniyasının solisti Cahangir Qurbanovun solo konserti olub. İştirakçılar fotomüsabiqə və “Gələcək üçün maliyyə” mövzusunda təlimdə iştirak ediblər. Təlimlərdə fərqlənən gənclərə sertifikat, müsabiqə və yarışların qaliblərinə isə fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, “Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman

Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR