27 Aprel 2024, Şənbə

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması iyul ayında da diqqətdə saxlanılmış, bir sıra görüş, seminar, təlim və monitorinqlər keçirilmişdir.

Qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında, ümumilikdə, 8 qadının 392 manat dəyərində 9 əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur. “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsində sərmayə kapitalı verilmiş qadınlardan 5-nin təsərrüfat sahəsində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilmiş, nöqsan aşkarlanmamışdır. Ordubad rayonunda yaşayan sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü olan qadınlar üçün toxuculuq təlimi keçirilmişdir.


Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair yaradılmış elektron məlumat bankına 312 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir. Culfa rayonunda fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı müvafiq müəssisələrin rəhbər şəxslərinin iştirakı ilə maarifləndirici seminar keçirilmiş, müvafiq sahə ilə əlaqədar hazırlanmış 50 broşür seminar iştirakçılarına paylanılmışdır. Muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək məqsədilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 2 uşağın evində monitorinq keçirilmiş, uşaq hüquqlarının pozulması halı aşkarlanmamışdır.
Hesabat dövründə valideyn himayəsindən məhrum uşaqların, şəhid, təkvalideynli və xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqlarının yay tətili günlərində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə muxtar respublikanın istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə 4 dəfə ekskursiyası təşkil edilmişdir. Ekskursiyalarda, ümumilikdə, 99 uşaq iştirak etmiş, Naxçıvan Dövlət Film Fondunda vətənpərvərlik mövzusunda filmlər nümayiş olunmuşdur. Həmçinin ötən ay xüsusi kateqoriyadan olan uşaqların yay tətili günlərində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə “Saat Meydanı” turistik istirahət mərkəzində keçirilən 40 uşağın iştirakı ilə müəyyən olunmuş xətt üzrə şəhər gəzintisi, cizgi filminə baxış, əyləncəli oyunlar keçirilmiş, həmçinin uşaqlar şirniyyat və sərinləşdirici şirin sularla təmin olunmuşdur.
2021-ci il 21-23 iyul tarixlərdə Ağbulaq İstirahət Mərkəzində xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş və təkvalideynli uşaqlar, eləcə də şəhid uşaqları olmaqla, ümumilikdə, 49 uşağın iştirak etdiyi “Yay məktəbi” təşkil olunmuşdur.
Komitəyə vətəndaşlar tərəfindən ailə, qadın və uşaq hüquqlarının qorunması ilə bağlı 44 şifahi, 1 yazılı və elektron ünvana 1 müraciət daxil olmuş, müraciətlərə qanunamüvafiq qaydada baxılaraq lazımi köməklik göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR