22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar olub.
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin iclas zalında keçirilən seminarda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Eltun Həziyev, Təhsil Nazirliyi aparatının ümumtəhsil məktəbləri və liseylərlə iş şöbəsinin müdiri Abdulla Əsgərov, Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar-gigiyena şöbəsinin müdiri Elxan Orucəliyevin çıxışları olub. Bildirilib ki, uşaq sağlamlığının qorunması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir.


Qeyd olunub ki, bu gün uşaqların hər biri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarmm həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmiş, dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmişdir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılması, uşaqların sağlamlığının qorunması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi olaraq uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılmışdır. Ali Məclis Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə görülən tədbirlərin effektivliyini daha da artırmışdır.
Qeyd edək ki, seminarda Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, məktəbdənkənar və məktəbəqədər müəssisələrin əməkdaşları iştirak edib.

Gülcamal TAHİROVA

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR