22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Culfa Rayon İcra Hakimiyyəti ilə birgə sağlamlıq imkanları məhdud olan qadınlar arasında toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilib. Təlimdə 13-ü aztəminatlı ailənin üzvü, 9-u isə sağlamlıq imkanları məhdud qadın olmaqla, 22 nəfər iştirak edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Tarverdi Məmmədov və Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Məmmədəliyev çıxış edərək bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib, onun icrası ilə əlaqədar hazırda müvafiq işlər həyata keçirilir, sosial layihələr reallaşdırılır.
İstedadlı toxucu qadın Gülsüm Kəngərli milli-mənəvi dəyərlərin yaşadılmasında və inkişafında dövlətimizin hər zaman qadınlara dəstək göstərdiyini bildirib.
Sonra əyani vəsaitlərdən istifadə etməklə təlimə başlanılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR