22 Dekabr 2024, Bazar

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilməkdədir.

Ötən ay ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə aparılması məqsədilə 37 yoxlama-reyd keçirilmiş, 1 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür. Muxtar respublikanın təbiətinin qorunması üçün inzibati tədbirlərlə yanaşı, ekoloji-hüquqi maarifləndirmə tədbirləri də icra edilir. Bu məqsədlə Culfa rayonunun Camaldın və Şərur rayonunun Axura kəndlərində əhali arasında ekoloji-hüquqi maarifləndirmə tədbirləri keçirilmiş, ətraf mühitin mühafizəsi, brokonyerlik hallarına qarşı birgə mübarizə, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları və torpaqların münbitliyinin qorunması haqqında müzakirələr aparılmışdır.
Ay ərzində mühüm ekoloji tədbirlərdən biri kimi ekoloji monitorinqlərin aparılması diqqətdə saxlanılmışdır. Bu məqsədlə Naxçıvan şəhəri, Babək, Şərur və Ordubad rayonlarının 20-dən çox yaşayış məntəqəsi ərazisində monitorinqlər aparılmış, bəzi nöqsanlar qeydə alınmış və onların aradan qaldırılması üçün tapşırıqlar verilmişdir. Sədərək Rayon Su Monitorinq Laboratoriyasında fevral ayı ərzində Araz və Arpaçay çaylarının muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 4 olmaqla, ümumilikdə, 12 su nümunəsi götürülmüş və 96 analiz aparılmışdır.
Muxtar respublikanın kənd təsərrüfatı əkinləri üçün yararsız torpaq sahələrində, həmçinin maili yamac və dağətəyi zonalarda 2021-ci ilin yaz əkin mövsümündə əkin-bərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə ərazilərə baxış keçirilmiş və sxem planları hazırlanmışdır.
Hesabat ayında yeni salınmış meyvə və üzüm bağlarına, tinglik sahələrinə baxış keçirilmiş, həmin ərazilərin ziyanvericilərin təsirindən qorunması, fauna ehtiyatlarının qaba yem və daşduza olan tələbatının ödənilməsi üçün biotexniki tədbirlər aparılmış, ümumilikdə, biotexniki tədbirlər zamanı ərazilərə 950 kiloqram daşduz, 58 kip qaba yem və 2450 kiloqramdan artıq meyvə-tərəvəz qalığı dağıdılmışdır. Həmin ərazilərə yaxın yaşayış məntəqələrində ictimaiyyətlə ətraf mühitə təsir hallarının aradan qaldırılmasına dair ekoloji-hüquqi maarifləndirici söhbətlər aparılmış, yoxlama-reydlər keçirilmişdir.
Gənclərlə işin təşkili məqsədilə Gənclər Fondu ilə birlikdə keçirilən təlim zamanı ekologiya könüllülərinə ətraf mühitin mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, təbii sərvətlərdən səmərəli istifadə qaydaları haqqında geniş məlumat verilmiş, gənclərin ətraf mühitin qorunması sahəsində rolu ilə bağlı müzakirələr aparılmışdır.
Kəngərli rayonunda heyvandarlığın daha müasir üsullarla inkişaf etdirilməsi, məhsuldarlığın artırılması, yaylaq, otlaq sahələrindən, biçənəklərdən səmərəli istifadə edilməsi və torpaqların münbitliyinin qorunması qaydaları haqqında heyvandarlar və təsərrüfat sahibləri ilə ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə, əsasən, otlaqlardan səmərəli istifadə qaydaları haqqında iştirakçılara məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmış və maarifləndirici broşürlər paylanmışdır.
Ekoloji tədbirlər növbəti aylarda da davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR