Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı ilə ticarət mərkəzləri dezinfeksiya olunub. Məqsəd qarşıdan gələn Novruz bayramı ərəfəsində insanların daha çox üz tutacağı ticarət mərkəzlərində qabaqlayıcı tədbirlər görməkdir.
Bu dəfə Xətai küçəsindəki Mərkəzi bazarda kənd təsərrüfatı və ərzaq məhsulları satışı bölmələrinin ətrafı, “Park” Alış-Veriş Mərkəzinin daxili dezinfeksiya edilib. Həmçinin Naxçıvan Avtovağzal Kompleksinin daxilində, avtobus dayanacaqlarında sərnişinlərin daha çox istifadə etdiyi yerlərdə, o cümlədən “Gənclik” Ticarət Mərkəzindəki mağazalarda qabaqlayıcı və profilaktik tədbirlər həyata keçirilib. Dezinfeksiya işləri “Cahan” Ticarət Mərkəzindəki əraziləri də əhatə edib.
Qeyd edək ki, dezinfeksiya tədbirləri muxtar respublikanın rayonlarında da davam etdirilib.