22 Dekabr 2024, Bazar

Kəngərli rayonunun Xok kəndində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qan qohumluğu nikahlarının fəsadları” mövzusunda keçirilən tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Səxavət Həsənov açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, milli-mənəvi dəyərlərimizin mənimsədilməsində qadının rolu danılmazdır. Ailədə qadın tərbiyə verən, əxlaq aşılayan, övladlarına milli-mənəvi dəyərləri öyrədən olmaqla bərabər, həmçinin ailənin bütövlüyünü qoruyub saxlamaq missiyasını həyata keçirən simadır. Komitə sədri vurğulayıb ki, Azərbaycan qadınının daşıdığı bu vəzifələri gələcəkdə bu günün qızlarının yerinə yetirəcəyi təbii bir haldır. Buna görə də valideynlər qız övladlarının təlim-tərbiyəsinə daha həssaslıqla yanaşmalıdırlar.
Çıxışda qan qohumluğu və erkən nikahların doğurduğu fəsadlara da toxunulub. Qeyd olunub ki, qadınlar belə nikahların bağlanılmasına imkan verməməlidirlər. Qadın bir valideyn olaraq uşaqlarını zərərli vərdişlərdən çəkindirməli, zəhmətsevərliyi, düzgün davranış qaydalarını onlara öyrətməlidir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədr müavini Arif Ağayev, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirici broşürlər və kitabçalar paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR