22 Dekabr 2024, Bazar

Naxçıvan Şəhər Nəqliyyat İdarəsində payız-qış mövsümünə hazırlığın vəziyyəti və lisenziyaların tələblərinə əməl olunması ilə bağlı seminar-müşavirə keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin şöbə müdiri Elxan Novruzov çıxış edərək bildirib ki, muxtar respublikanın rayon və kəndlərinə, habelə şəhərdaxili 1 nömrəli marşrutda işləyən mikroavtobusların payız-qış mövsümünə hazırlığına nəzarət məqsədilə sürücülərlə əlaqə saxlanılıb. Müqavilə şərtlərinə uyğun olaraq həmin avtomaşınlara texniki qulluq göstərilib, lazım olan təmir işləri həyata keçirilib. Xidmətin lisenziyası ilə işləyən bütün avtonəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi işi təmin ediləcək, payız-qış mövsümünə hazırlıq tam başa çatdırılacaq.

Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Zaur Əliyev çıxışında qeyd edib ki, 2018-ci il noyabr ayının 1-dən etibarən avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyətinə lisenziyanın verilməsi həyata keçirilir. 2020-ci ilin noyabr ayından lisenziya müddəti bitmiş sahibkarlara yeni lisenziyanın verilməsi işinə başlanılıb. Hər bir sahibkar avtomobilin texniki baxışdan keçməsi haqqında arayışı və avtomobilə aid digər sənədlərin surətlərini Dövlət Nəqliyyat Xidmətinə təqdim etməklə lisenziya əldə edə bilər. 

Sonda suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR