Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Rəngkarlıq və Təsviri incəsənət ixtisasları üzrə tələbələrinin açıq havada rəsm müsabiqəsi keçirilib.
Bayraq Meydanında təşkil edilən müsabiqənin əsas məqsədi çəkilən rəsmlər ilə qələbəyə inam, şəhidlərin əziz xatirəsinə ehtiram hisslərini ifadə etmək olub. Fakültə müəllimlərinin rəhbərlik etdiyi müsabiqədə 26 rəssam-tələbə öz istedadını sınayıb. Tələbələrin əksəriyyəti sərgiyə hərbi formada qatılıb. Sonda tələbələr “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər
Qeyd edək ki, əsərlər sərgilənəcək və universitet rəhbərliyi tərəfindən mükafatlandırılacaq.
Səadət Əliyeva