22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda ərzaq bolluğu yaradılması üçün dövlət qayğısının ildən-ilə artırılması, ayrılan vəsait, özəl bölmə təmsilçilərinin, daha çox ailə təsərrüfatlarının mütəşəkkil şəkildə iştirakı qarşıya qoyulmuş vəzifələrin həllini asanlaşdırıb. Bütün bunların nəticəsi kimi Şərur rayonunda da kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən strateji məhsul olan taxılçılığın inkişafında mühüm irəliləyişlərə nail olunur.

Ötən ilin payızında və bu ilin yazında əkinçilikdə taxılçılıq yenə də üstün istiqamət kimi saxlanılaraq, 4 min 865 hektar sahədə taxıl əkilmişdi. Bunun da 4 min 315 hektarı buğda, 550 hektarı arpa idi. Sahələrdən orta məhsuldarlıq 39,4 sentner olmaqla, 19 min 185 ton məhsul tədarük edilməsi taxılçılarda böyük stimul yaradıb. Odur ki, havaların əlverişli keçməsindən istifadə edən taxılçılar gələn ilin məhsulunun əsası qoyulmaq üçün şum aparılmasına və əkinə başlayıblar. Qeyd edək ki, şumdan əvvəl sahələr mineral gübrələrlə münbitləşir, toxumlar təmizlənir və dərmanlanır, mütərəqqi metod olan şırım üsulu ilə əkinə üstünlük verilir.
Əkində “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə gətirilən texnikalardan səmərəli istifadə olunur.
Aldığımız məlumata görə, indiyədək kəndlərdə taxıl əkini üçün nəzərdə tutulmuş sahələrin yarısından çoxu şumlanıb, taxıl əkini sürətlə davam etdirilir.
Zəmilərdə hökm sürən yüksək iş ahəngi göstərir ki, rayonda taxıl səpini kampaniyası optimal müddətdə başa çatdırılacaq və gələn ilin bol məhsulu üçün möhkəm zəmin yaradılacaqdır.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR