Naxçıvan şəhərindəki yaşayış binalarında hal-hazırda istismarda olan liftlərin qış mövsümündə də fasiləsiz fəaliyyəti üçün hazırlıq işləri başa çatmaq üzrədir. Hazırda müxtəlif ünvanlar üzrə yaşayış binalarında 35 lift fəaliyyət göstərir. Heydər Əliyev prospektində, “Qoçüstü”, “Çənlibel” və “Əlincə” məhəllələrinin ərazisindəki yaşayış binalarındakı liftlərin hamısı işlək vəziyyətdədir. Onların texniki istismar qaydalarına ciddi riayət olunur, bu qurğulardan sakinlərin təhlükəsiz istifadəsinə xüsusi diqqət yetirilir.
Bu barədə məlumat qəzetimizə Naxçıvan Şəhər Lift Təmiri və İstismarı İdarəsindən daxil olub. İdarənin müdiri Mehman Sadiqovun bildirdiyinə görə, 33 əməkdaşı olan idarənin bütün kollektivi liftlərin qışa tam hazırlığı işlərinə cəlb edilib. Belarusiya istehsalı olan liftlərin quraşdırıldığı binaların ərazisində bu qurğuların fasiləsiz fəaliyyətini təmin edən lift-nəzarət məntəqələri fəaliyyətdədir. Liftlər yay mövsümündə saat 800- dən 2200-yə qədər işləyirdisə, qış mövsümündə hava şəraiti ilə əlaqədar olaraq bu müddət saat 2300-dək uzadılıb.
Xəbərlər şöbəsi