18 May 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şərur rayonundakı Dəmirçi Kənd Mərkəzində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qan qohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirmişdir. Tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Minurə Hüseynli açmışdır.
“Ailələrdə sağlam həyat tərzinin aşılanmasında qadının əsas rolu” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirmişdir ki, ailədə insanın şəxsiyyət və ehtiramının, fiziki sağlamlığının qorunması düzgün qurulmalıdır. Əgər bir ailədə hörmət, sevgi hökm sürərsə, şübhəsiz ki, bu ailəni heç bir problem və çatışmazlıq sarsıda bilməz. Ailədə səmimi münasibətin, hörmətin, mehribanlığın yaranmasına səbəb olan amillərdən ən başlıcası ailə üzvlərinin gözəl əxlaqa sahib olmalarıdır. Ailənin möhkəmlənməsi, uzun­ömürlü olması qadınlarımızdan çox asılıdır. Sağlam həyat tərzi, ailə qurarkən gənclərin ailənin mahiyyətini anlaması və buna hazır olmaları vacibdir. Bunun üçün, hər şeydən əvvəl, valideynlər, xüsusilə də analar uşaqlarını zərərli vərdişlərdən çəkindirməlidirlər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədr müavini Arif Ağayev “Qadın hüquqları” mövzusunda çıxış etmişdir. Vurğulanmışdır ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqının milli-mənəvi dəyərləri, adət-ənənələri nəzərə alınaraq ilk dəfə “Azərbaycan Respublikasının Ailə Məcəlləsi” qəbul edilmişdir. Hüquq sahəsi olaraq ailə hüququ ictimai münasibətlərin müəyyən növünü, ailə münasibətlərini, yəni nikah   faktından əmələ gələn və ailəyə mənsub olan münasibətləri tənzimləyir.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva elmi dəlillərlə keser əməliyyatlarının, erkən və qohum nikahların törətdiyi ağır fəsadlardan danışmış, slaydların müşayiəti ilə təhlillər vermişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanmışdır.

Cəfər ƏLİYEV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR