22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda cəmiyyətin həssas qrupu sayılan pensiyaçıların rahatlığının təmin olunması, onların rifah halının yaxşılaşdırılması tədbirləri diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu da bu istiqamətdə verilən tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər görür. Belə ki, ötən ay ərzində əmək pensiyaları və məcburi dövlət sosial sığorta ödəmələri vaxtından əvvəl maliyyələşdirilmiş, pensiya ödənilməsinə 14 milyon 747 min manat, sosial sığorta ödəmələrinə isə 328 min manat vəsait xərclənmişdir.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 8 milyon 340 min 700 manat vəsait daxil olmuşdur. Bu vəsait nəzərdə tutulan məbləğdən 16,5 faiz çoxdur. Daxil olan məcburi dövlət sosial sığortahaqqının məbləği ildən-ilə artmaqdadır. Bunun nəticəsində isə əmək pensiyaları və sosial müavinətlərin vaxtlı-vaxtında maliyyələşdirilməsinə əlverişli şərait yaranır.
Hesabat dövründə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranan 78 vətəndaşa əmək pensiyası təyin edilmişdir ki, bunlardan 39-u yaşa, 4-ü sağlamlıq imkanları məhduduluğa, 35-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxan vətəndaşlar olmuşdur. Fərdi uçot sistemində də işlər davam etdirilmiş, yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 158 ərizə forması elektron imza vasitəsilə sifariş verilmişdir.
Muxtar respublikada pensiyaçılara yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların ödənilməsi sistemində mütərəqqi üsullardan istifadə olunur. Hazırda bütün növ əmək pensiyaçıları plastik kartlar vasitəsilə öz pensiyalarını istənilən vaxt rahat şəkildə əldə edirlər. Eyni zamanda kənd yerlərində yaşayan pensiyaçıların rayon mərkəzinə getmədən pensiyalarını əldə etməsi üçün də müvafiq tədbirlər görülür, onların istəkləri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi təşkil olunur.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial
Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR