18 May 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən aldığımız məlumata görə, xidmət tərəfindən bu ilin ilk 9 ayı ərzində əməyin mühafizəsi ilə bağlı 167 istehsal müəssisəsi və tikinti sahəsində nəzarət həyata keçirilib, əməyin mühafizəsi ilə bağlı mövcud nöqsanların aradan qaldırılmasına dair 28 halda icrası vacib göstərişlər verilib. 9 halda inzibati xəta hadisəsinə yol vermiş şəxslərin inzibati məsuliyyətə cəlb olunaraq 9500 manat məbləğində cərimələnməsinə dair qərar verilib, əməyin mühafizəsi qaydalarının pozulması ilə bağlı 61 işçi tikinti sahəsindən müvəqqəti uzaqlaşdırılıb. 82 işçi isə işin xarakterinə uyğun fərdi mühafizə vasitələri ilə təmin edilib. Əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət həyata keçirilən zaman aşkar olunan nöqsanların aradan qaldırılmasına dair 25 halda icrası məcburi göstəriş verilib. İki özəl müəssisədə inzibati xəta hadisəsinə yol verən şəxslər inzibati məsuliyyətə cəlb olunaraq onların 6000 manat məbləğində cərimələnmələrinə dair qərar qəbul edilib.

Xidmətdən onu da bildiriblər ki, nəzarət qaydasında aparılan araşdırmalar zamanı əmək qanunvericiliyinə uyğun olaraq, işçilərlə əmək müqaviləsinin bağlanması, işçilərin bədbəxt hadisələr və peşə xəstəlikləri zamanı peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalarının vəziyyəti diqqət mərkəzində olub. Belə ki, 87 müəssisədə 132 işçi ilə əmək müqaviləsinin bağlanması, 557 müəssisədə isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanması təmin edilib. Tikinti obyektlərində müvəqqəti qurğuların qurulması və normal əmək şəraitinin yaradılması məqsədilə 55 tikinti sahəsinə baxış keçirilib və akt tərtib olunaraq həmin tikinti sahələrində işlərin başlanmasına razılıq verilib. Bundan başqa, qapalı istehsal müəssisələrində işçilərin sağlamlığına mənfi təsir göstərən və peşə xəstəliyinə zəmin yaradan amillərin səviyyəsinin müəyyənləşdirilməsi üçün ölçmələr aparılıb, aşkar olunan nöqsanların    aradan qaldırılması istiqamətində lazımi tədbirlərin görülməsi məqsədilə işəgötürənlərə metodik köməkliklər göstərilib. İşəgötürənlərin əməyin mühafizəsinə xüsusi diqqət yetirmələri məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində muxtar respublikada inşaat işlərini həyata keçirən dövlət və özəl tikinti təşkilatlarının iştirakı ilə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunması mövzusunda maarifləndirici seminarlar keçirilib. Eyni zamanda işəgötürənlərin müraciətlərini nəzərə alaraq, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının və Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin tabeliyində olan istehsal və tikinti sahələrində əməyin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində işçilərin biliklərinin artırılması məqsədilə seminarlar təşkil edilib.
Xatırladaq ki, bu tədbirlər cari ilin fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə muxtar respublika rəhbəri tərəfindən verilən tapşırıqların icrası istiqamətində həyata keçirilib.

Səbuhi HÜSEYNOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR