22 Dekabr 2024, Bazar

Kəngərli Rayon Rabitə İdarəsi tərəfindən cari ilin ötən dövrü ərzində sakinlərə nümunəvi rabitə və internet xidmətləri göstərilib. Payız-qış aylarında da sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə mal-material ehtiyatının yaradılması, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara, akkumulyatorlara və xətt təsərrüfatına texniki baxışın keçirilməsi, aşkar olunan müxtəliftutumlu yararsız kabel və dayaqların yeniləri ilə əvəz olunması istiqamətində işlər davam etdirilir.

Cari ilin doqquz ayında rayon ərazisində 88 yeni sabit şəbəkə telefon xətti çəkilib, 384 abonent genişzolaqlı ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyası vasitəsilə internetlə təmin olunub. İstismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində operativ və zəruri tədbirlər həyata keçirilib, sıradan çıxmış avadanlıqlar yeniləri ilə əvəz olunub.
Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən Naxçıvan Mərkəzi Avtomat Telefon Stansiyasına xüsusi avadanlıq quraşdırılıb. Yeni quraşdırılan avadanlıq Kəngərli rayonunda internetin sürətinin, həmçinin abonent sayının artımına xidmət edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Rabitə və
Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR