22 Dekabr 2024, Bazar

“Naxçıvan” Universitetinin Ümumi tarix kafedrasının təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan müharibəsində mövcud vəziyyət: reallıqlar, təhlillər, yanaşmalar” mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbirdə çıxış edən ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva 30 ilə yaxındır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin öz siyasi, hüquqi həllini tapmadığını və işğalçı dövlətin hər vasitə ilə buna mane olduğunu bildirib. Qeyd edib ki, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Hazırda şanlı ordumuz tərəfindən düşmənə layiqli cavab verilir və işğal olunmuş ərazilərimizdən düşmənin təmizlənməsi prosesi davam edir.
Rektor əminliklə bildirib ki, güclü Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə ən qısa zamanda yağı düşməni işğal olunmuş ərazilərimizdən qovacaq, Azərbaycan öz əzəli və tarixi torpaqlarına qovuşacaq.

Universitetin Ümumi tarix və Beynəlxalq münasibətlər kafedralarının müəllimlərinin mövzu ətrafında çıxışları dinlənilib.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan qarşısında məğlub olduğunu anlayan Ermənistan tərəfi çarəni saxta xəbərlər yayaraq dövlətləri dərhal müharibəyə cəlb etməkdə görür. Əlbəttə ki, BMT, Avropa Şurası, regional və böyük güclər, xüsusilə ATƏT-in həmsədrləri olan Rusiya və Fransanın, digər dövlətlərin bölgədə baş verənləri diqqətdə saxladıqları heç kimə sirr deyil. İstər beynəlxalq təşkilatlar, istərsə də böyük güclər və digər dövlətlər tərəflərə müraciət edərək müharibənin dayandırılmasının, silahların susmasının, dərhal müzakirələrə başlanmasının vacibliyini bildirsələr də, Azərbaycan tərəfi hərbi əməliyyatları yalnız işğal altındakı öz torpaqlarında apardığını və bu davada haqlı tərəf olduğunu sübut etdi. Bu gün xalqımız tam əmindir ki, Azərbaycan tarixinin şanlı səhifəsini yazan ordumuz işğal altındakı torpaqlarımızı erməni qəsbkarlarından tamamilə təmizləyəcək, üçrəngli bayrağımızı tezliklə Xankəndidə, Şuşada və Laçında dalğalandıracaq.

Seyfur HACIMURADOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR