18 May 2024, Şənbə

Əhalinin məşğulluğu istiqamətində muxtar respublikada məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında əmək ehtiyatlarından daha effektiv istifadə etmək və əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədilə “Naxçıvan Muxtar Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” təsdiq edilib və bu pro­qram uğurla icra olunub. Əhalinin məşğulluğunun təmin olunmasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti də mühüm rol oynayır. Son 5 ildə məşğulluq mərkəzləri tərəfindən keçirilən əmək yarmarkalarında 4304 nəfər işlə təmin olunub, 140 nəfər peşə hazırlığı kurslarına, 462 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib. Cari ilin ötən dövrü ərzində şəhər və rayonlarda 4 dəfə əmək yarmarkaları keçirilib. Bu yarmarkalara, ümumilikdə, 437 müəssisə və təşkilat tərəfindən 2824 boş iş yeri çıxarılıb, 904 nəfər peşə və ixtisasına uyğun işlə təmin olunub, 7 nəfər peşə hazırlığı kurslarına, 95 nəfər ictimai işlərə cəlb edilib. 2007-2013-cü illərdə təhsil işçiləri üçün təşkil edilən əmək yarmarkalarında 946 nəfər müxtəlif təhsil ocaqlarındakı vakant yerləri tutub. 2009-   2013- cü illərdə səhiyyə sahəsində çalışmaq istəyənlərdən 114 nəfəri müvafiq əmək yarmarkaları vasitəsilə iş tapa bilib.

Cari ilin avqust ayında səhiyyə işçiləri üçün keçirilən əmək yarmarkasında 16 nəfər müvafiq işlə təmin olunub. Sentyabr ayının birinci həftəsində keçirilən təhsil yarmarkasında isə 111 pedaqoji kadr muxtar respublikanın müxtəlif təhsil ocaqlarında işləmək üçün göndəriş alıb.
Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, xidmət tərəfindən şəhər və rayon məşğulluq mərkəzlərinin fəaliyyətlərinin gücləndirilməsi üçün əlavə tədbirlər görülməkdədir. Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev söhbət zamanı bildirdi ki,  bu məqsədlə əmək və icra intizamı məsələləri ön plana çəkilib, məşğulluq işçilərinin vəzifə funksiyalarının məsuliyyətlə yerinə yetirilməsinə diqqət artırılıb. Aktiv məşğulluq tədbirlərinin mühümlüyü nəzərə alınaraq, bu tədbirlərin effektiv təşkili üçün məşğulluq işçilərinin bir sıra seminar və işçi müşavirələri keçirilib. Məşğulluq mərkəzlərinin rəhbərlərinin və məsul işçilərinin diqqəti, ilk növbədə, boş iş yerlərinin  toplanmasına, işaxtaran vətəndaşların işə düzəlməsinə daha aktiv dəstək göstərilməsinə yönəldilib. Məşğulluq mərkəzləri tərəfindən mütəmadi olaraq  bölgələrdə və muxtar respublika paytaxtında əmək yarmarkaları təşkil olunur, işaxtaran insanların bu yarmarkalarda aktiv iştirakına xüsusi diqqət yetirilir.  
Məlumat üçün bildirək ki 2003-cü il oktyabr ayının 1-dən 1 oktyabr 2013-cü il tarixədək muxtar  respublikada 58876 yeni iş yeri yaradılıb ki, bunun da 42430-u və ya 72,1 faizi daimi iş yerləridir. 2013-cü ilin yanvar-sentyabr ayları ərzində  yaradılmış 1767 yeni iş yerinin 1632-si və ya 92,4 faizi daimi iş yerlərinin payına düşür.   

Səbuhi HÜSEYNOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR