Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən məlumat verilib. Ödənişlər “İcbari sığortalar haqqında” Qanunun müddəalarına əsasən aparılıb. Avtomobil nəqliyyatı sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərər çəkmiş üçüncü şəxslərin əmlakına və həyatına dəymiş zərərin məbləğinin ödənilməsi məqsədilə 5 vətəndaşa sığorta ödənişi həyata keçirilib.
Naxçıvan şəhər sakini Məhəmməd Dövlətovun vərəsəsinə 5 min manat sığorta məbləği ödənilib. Naxçıvan şəhər sakini Müseyib İsmayılova “VAZ-21074” markalı maşınına dəymiş zərərə görə 1540 manat, Naxçıvan şəhər sakini Əkbər Heydərova “Hundai Accent” markalı maşınına dəymiş zərərə görə 2750 manat, Bakı şəhər sakini Cavid Qafarova “Hundai Elantra” markalı maşınına dəymiş zərərə görə 3771 manat, Naxçıvan şəhər sakini Şahin Abdullayevə “VAZ-2107” markalı maşınına dəymiş zərərə görə 1981 manat ödənilib.
Xəbərlər şöbəsi