Muxtar respublikada payız-qış mövsümündə rabitə və internet xidmətlərinin keyfiyyətini yüksəltmək məqsədilə hazırlıq işləri görülür.
Mövsümə hazırlıqla bağlı Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları Naxçıvan şəhərində rabitə xətlərinə, abunə qurğularına baxış keçirir, təmir işləri aparırlar. Eyni zamanda rabitə xətləri, abunə qurğuları və fiber-optik sahəsi üzrə kabel ehtiyatı, eləcə də istismar edilən elektron qurğuların ehtiyat hissələri də yaradılılır.
2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Rabitə və Yeni Texnologiyalar Nazirliyinə də müvafiq tapşırıqlar verilib. Tapşırıqlar, əsasən, yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqətin artırılması, mal-material ehtiyatı yaradılmasıdır.
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti