22 Dekabr 2024, Bazar

Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud gəncləri də əhatə edir. 12 avqust – Beynəlxalq Gənclər Günü ərəfəsində sosial könüllülərlə sağlamlıq imkanları məhdud gənclərin görüşü keçirilib.
Sosial könüllülərin təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən görüşdə sosial könüllülər muxtar respublikanın şəhər və rayonlarında yaşayan müvafiq kateqoriyadan olan gənclərlə görüşüb, onlara Beynəlxalq Gənclər Günü münasibətilə hədiyyələr təqdim ediblər. Könüllülər gənclərlə birgə vaxt keçirib, onların gündəlik məşğuliyyətləri, yaradıcılıqları ilə tanış olublar. Keçirilən görüş böyük sevinclə qarşılanıb.
Qeyd edək ki, muxtar respublikada əlamətdar günlər münasibətilə, sosial qayğıya ehtiyacı olan şəxslərlə görüşlər artıq ənənə halını alıb və bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

*   *  *

Naxçıvan şəhərindəki Sahil Parkında 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş gənclər arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib.
Birinciliyin keçirilməsində məqsəd Beynəlxalq Gənclər Gününün qeyd edilməsi, gənclər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, onların asudə vaxtlarının səmərəli keçirilməsi, o cümlədən stolüstü tenis idman növünün inkişaf etdirilməsi olub. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 26 idmançı iştirak edib.
Yarışın yekun nəticəsinə əsasən qızlar arasında Xurşud Mahmudova, Alsu Məmmədli və Duyğu Əliyeva ilk üç pillədə qərarlaşıblar. Oğlanların mübarizəsində qalib adını Naxçıvan Dövlət Universitetinin tələbəsi Nigeriyalı Olabide Sadare Samuel qazanıb. Əkrəm Rəhimli ikinci, Mirnəsib Seyidzadə isə üçüncü olub.
Sonda qaliblər təşkilatçılar tərəfindən hədiyyə və diplomlarla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR