22 Dekabr 2024, Bazar

Bu ilki Qurban bayramını dünyada davam edən pandemiya şəraitində qarşılayırıq. Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə ibadət məkanları müvəqqəti bağlıdır.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumatda bildirilib.

Mələumatda bildirilir: "Pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarətinin belə təxirə salındığı bir dövrdə bayram namazlarının ailə daxilində qılınması məqbuldur. Karantin səbəbindən ibadət məkanlarının müvəqqəti bağlı olması dindarlığa, təqvaya xələl gətirməməlidir. Xəstəlik və çətinliklər Allaha sığınmaq, səbr, təvəkkül, tövbə üçün bir vəsilə olmalıdır. Ümidvarıq ki, insanlar bu sınaqdan mənən daha güclü, ruhən daha saflaşmış çıxarlar, inşallah! 

Bayram günlərində imkansız, ehtiyacı olan insanlara qurban əti paylanması, habelə ərzaq və ya hər hansı sovqatın çatdırılması bəyənilən əməldir:

Qurban kəsmək Məkkədə Həcc ziyarəti zamanı zəvvarlar üçün vacibdir, digər yerlərdə isə bu vacib deyil, müstəhəb əməl olduğundan bu il karantin rejimi şəraitində ictimai yerlərdə kəsim edilməməsi tövsiyə olunur. İnsanların kütləvi toplaşma ehtimalı olacaq kəsim yerlərində virusa yoluxma hallarının qarşısını almaq məqsədilə bir çox ölkələr bu addımı atır".

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR