22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Babək rayonunun Buzqov və Vayxır kəndlərində tənha yaşayan ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub.

Sosial xidmət işçiləri və könüllülər zəruri qabaqlayıcı tədbirlərə uyğun olaraq, sanitar-gigiyenik qaydalara riayət etməklə evlərdə təmizlik işləri aparıb, həyətyanı sahələrdə iməcilik işləri həyata keçiriblər.

Qeyd edək ki, son illər muxtar respublikada sosial qayğıya ehtiyacı olan insanlara, o cümlədən tənha ahıllara, habelə sağlamlıq imkanları məhdud şəxslərə göstərilən xidmətlərin həcmi və keyfiyyəti yüksəlib, bu sahədə həyata keçirilən tədbirlər fasiləsiz xarakter alıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR