22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilir.

 

Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmovun iştirakı ilə muxtar respublika bocciaçıları ilə onlayn formatda görüş keçirilib.

Sağlamlıq imkanları məhdud şəxslərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və idman bacarıqlarının inkişaf etdirilməsi üçün təşkil olunan görüşdə paralimpiyaçılara müxtəlif məşq prosesləri haqqında müvafiq tövsiyyələr verilib, idmançıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Sosial Müdafiə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR