22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyari xidmət qrupu Şərur rayonunda olublar. Xidmət zamanı Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə, dövlət ümumi təhsil müəssisələrinə və dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqələrdə iştiraklarını təmin etmək məqsədilə vətəndaşlara qeydiyyatdan keçməkdə operativ köməklik göstərilmişdir.

Gün ərzində 49 vətəndaşa səyyar xidmət göstərilmişdir. Xidmət zamanı karantin rejiminin qaydalarına ciddi əməl olunmuşdur.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın həyata keçirdiyi xidmət sənəd qəbulunda iştirak edən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Qeyd edək ki, bu layihə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə həyata keçirilir. Xidmətin növbəti ünvanı 24 iyul 2020-ci il tarixdə Ordubad rayonu olacaqdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR