22 Dekabr 2024, Bazar

Şərurda kartofun əkilib-becərilməsi ənənəsinin tarixi qədim olduğundan ailə təsərrüfatlarında da bu istiqamətdə yetərincə təcrübə var. İstər əkində və becərmədə, istərsə də məhsul yığımında aqrolizinq xətti ilə gətirilən yeni texnikalardan istifadə edilir ki, bu da işin səmərə və keyfiyyətini artırır.
Məlumat üçün bildirək ki, ötən il 1100 hektara yaxın sahədə kartof əkib-becərən torpaq mülkiyyətçiləri 17 min tona yaxın məhsul istehsal ediblər. Bu il də məhsuldarlığın yüksəldilməsi və əkin sahələrinin daha da artırılması istiqamətində müvafiq işlər görülüb, kartof əkini sahələri genişləndirilərək 1350 hektara çatdırılıb.

Rayonun Ələkli, Sərxanlı, Aralıq, Zeyvə, Cəlilkənd, Məmmədsabir, Düdəngə və digər kəndlərin torpaq mülkiyyətçiləri kartof əkinlərinə daha çox üstünlük verirlər. Cəlilkənddə Xəqani İsmayılovun başçılıq etdiyi ailə təsərrüfatı kartofçuluq sahəsində böyük təcrübəyə malikdir. Ailə təsərrüfatı üzvləri ötən il 4 hektar sahədən bazar və yarmarkalara 160 tondan çox keyfiyyətli məhsul çıxarıblar. Bu il isə onlar əkin sahələrini genişləndirərək 6 hektara çatdırıblar. Digər sahibkarların da əkin sahələrində aqrotexniki qaydalara düzgün əməl edildiyindən məhsuldar­lıq yüksəkdir. Əldə edilən faraş kartof Şərur və Naxçıvan şəhərlərindəki bazarlara çıxarılır. Məhsulun bir hissəsi isə soyuducu anbarlara təhvil verilir. Məhsul yığımında kartofçıxaran maşınlardan istifadə əl əməyini yüngülləşdirir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR