22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, müvafiq sahə ilə bağlı təbliğat işinin aparılması iyun ayında da diqqətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”­- nın müvafiq bəndinin icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud, aztəminatlı ailənin üzvü olan 220 qadınla əlaqə saxlanılaraq söhbətlər aparılmış, onlardan 41-i haqqında məlumat Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə göndərilmişdir.

 

Hesabat dövründə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha genişmiqyaslı proqram çərçivəsində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin davamı olaraq Naxçıvan Muxtar Respublikasında pandemiya ilə əlaqədar qadınlara iqtisadi dəstək göstərilməsi üçün tədbirlər keçirilmişdir. Belə ki, layihə çərçivəsində Naxçıvan Biznes Mərkəzində layihə iştirakçıları üçün “Pandemiyadan qorunma tədbirləri” mövzusunda maarifləndirici seminarlar təşkil edilmişdir. Seminarların sonunda hər bir iştirakçıya əlcək, nanomaska və pandemiya ilə mübarizədə təhlükəsizlik tədbirlərinə dair layihə broşürü olan çanta təqdim edilmişdir. Seminarlar layihə təşkilatçıları tərəfindən internet bağlantısı vasitəsilə canlı izlənilmişdir. Layihənin sonunda, ümumilikdə, muxtar respublikanın bütün rayonlarını əhatə etməklə 39 qadına 25 min 550 manat dəyərində sərmayə kapitalı verilmişdir. Sərmayə kapitallarının 72 faizi ailə təsərrüfatlarının genişləndirilməsi və ya qurulması, 28 faizi isə dərzilik, bərbərlik, xalçaçılıq, rəssamlıq, zərgərlik, psixoloji xidmət sahəsi və sair ilə məşğul olmaq üçün nəzərdə tutulmuşdur. Eyni zamanda ötən ay sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı layihə iştirakçılarının evlərində monitorinq keçirilmişdir.
1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir. Ötən ay elektron məlumat bankına 1010 uşaq haqqında fərdi məlumatlar daxil edilmiş, əlavə olaraq Naxçıvan şəhəri üzrə valideyn himayəsindən məhrum olmuş 2 uşağın qeydiyyatı aparılmışdır. Həmçinin hesabat dövründə Naxçıvan Muxtar Respublikası üzrə 1814 sağlamlıq imkanları məhdud uşağın rayon, şəhər illər və xəstəliklər üzrə təhlili aparılmışdır.


Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR