22 Dekabr 2024, Bazar

1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Şahbuz rayonunda yerləşən Ahıllar evində tədbir keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib ki, muxtar respublikamızın bütün sahələrində müşahidə olunan dinamik inkişaf və tərəqqi xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahıl vətəndaşların sosial müdafiəsinin davamlı güclənməsinə imkan yaradıb. Muxtar respublikamızda ahıllara müxtəlif sosial xidmətlər göstərilir, onların sağlamlığının qorunması, cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova qeyd edib ki, muxtar respublikamızda ahıllara dövlət qayğısı günbəgün artır, onların muxtar respublikanın sosial, ictimai və mədəni həyatında fəal iştiraklarının təmin olunması üçün hər cür şərait yaradılır. Mütəmadi olaraq tənha ahıllara evlərində baş çəkilir, onların zəruri sosial problemləri yerindəcə həll edilir.

Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova isə çıxışında vurğulayıb ki, Şahbuz rayonunda yaşayan ahılların güzəranının yaxşılaşdırılması, onların sağlam həyat tərzində yaşamalarının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülür. Ahıllar evi sakinlərinin fəal həyat tərzi və istirahətləri üçün hərtərəfli şərait yaradılıb, həmçinin onlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidməti göstərilir.
Tədbirdə Şahbuz Rayon Mədəniyyət Evinin musiqi kollektivi konsert pro­qramı ilə çıxış edib, sakinlərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında Əhalinin Sosial Müdafiəsi mərkəzləri tərəfindən tədbirlər təşkil edilib. Bu tədbirlərdə 545 ahıl vətəndaşa bayram sovqatı təqdim olunub.
Göstərilən diqqət və qayğıya görə ahıllar ölkə başçısına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR