Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Şahbuz şəhərində yeni yaşıllıq sahəsi salınıb.
Şəhərdəki təmizləyici qurğuların ətrafındakı terras ərazilərdə tut və həmişəyaşıl ağacların tingləri əkilib. Ərazidə suvarma tədbirləri də görülüb, su xətti çəkilib.
Qeyd edək ki, yeni yaşıllıq sahəsinin salınması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təmizləyici qurğular sistemlərinin ətrafında yaşıllıq sahələrinin genişləndirilməsi barədə verdiyi tapşırığa uyğun olaraq aparılır. Bundan əvvəl də təmizləyici qurğular sisteminin ətrafında toxum və tinglə yaşıllaşdırma tədbirləri görülüb.