22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılmış, təlim, tədbir keçirilmiş, 8 Mart- Beynəlxalq Qadınlar Günü qeyd edilmişdir. 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət KomitəsininvəNaxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə maliyyə savadlılığı üzrə 2 günlük “Gələcəyini planlaşdır” təlimi keçirilmiş, təlimdə 30 nəfər iştirak etmiş, təlimin sonunda sertifikatlar təqdim olunmuşdur. 

8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı Şahbuz şəhərində yaşayan uzunömürlü 110 yaşlı Ceyran Qafarova, Şahbuz rayonunun Kükü kəndində yaşayan sağlamlıq imkanları məhdud qadınlar Mirvari və Şəfa Qurbanova bacıları və Naxçıvan şəhərində yaşayan Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanova ilə görüşlər keçirilmiş və hədiyyələr verilmişdir. 

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə “Müstəqillik illərində Naxçıvan qadınlarının keçdiyi tarixi yol” mövzusunda bayram tədbiri keçirilmiş, müvafiq mövzuda film göstərilmiş, komitə tərəfindən müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən 50 qadına diplom, eləcə də tədbir iştirakçılarına hədiyyələr verilmişdir. Həmçinin tədbirdə 53 istedadlı qadının 1210 rəsm və əl işi, 49 müəllifin 87 kitabı və ailə təsərrüfatı ilə məşğul olan 18 qadının 580 adda ailə təsərrüfatı məhsulundan ibarət sərgi-satışı təşkil olunmuşdur. Sərgi-satışda 423 manat dəyərində 16 qadının 472 əl işi və ailə təsərrüfatı məhsulları satılmış, dəyəri sahiblərinə ödənilmişdir. Ordubad rayonunun Vənənd kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmişdir. 

Mart ayında elektron məlumat bankına 857 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı 1 uşaq müalicə-reabilitasiya müəssisəsinə göndərilmiş, “10 Mart - Milli Teatr Günü” ilə əlaqədar valideynlərini itirmiş və valideyn  himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan 85 uşağa M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları tərəfindən “Göyçək Fatma” tamaşası göstərilmişdir. 

Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR