Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial–iqtisadi islahatlar nəticəsində əmək resurslarından səmərəli istifadə edilməsi, əhalinin məşğuluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin icrası mart ayında da davam etdirilib.
Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramının icrası ilə əlaqədar ötən ay 260 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin edilib ki, onların 73 –nü gənclər, 55-ni isə qadınlar təşkil edib. Həmçinin işlə təminolunanlardan 3-ü hərbi xidmətdən yeni tərxis olunan, 3-ü isə sağlamlıq imkanları məhdud şəxs olub. Mart ayında işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün 23 nəfər müvəqqəti və mövsümi işlərə göndərilib, ünvanlı sosial yardımın alınması üçün rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edən vətəndaşlardan 5-i münasib işlə təmin olunub.
Ay ərzində sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluqlarının təmin edilməsi məqsədilə19 vətəndaşın hər birinə 1 baş yanıbalalı inək, 3 sakinin hər birinə isə 10 baş yanıbalalı qoyun verilib. Həmçinin, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Baytarlıq Xidmətinin və Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə Ordubad rayonununda özünüməşğulluq proqramına cəlb edilən sakinlərlə maarifləndirici görüş keçirilib, fərdi təsərrüfatlarını nümunəvi inkişaf etdirənlərlə bağlı həvəsləndirici tədbirlər görülüb.
Mart ayında aparılan monitorinqlər zamanı 12 obyektdə fərdi mühafizə vasitələrindən istifadə etməyən 18 işçi həmin vasitələrlə yerində təmin edilib, 4 işçi isə müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb.
Hesabat dövründə sosial könüllülərin xidmətdə olan ahılların evlərinə ziyarətləridavam etdirilib. Könüllülər mövsümi infeksiyon xəstəliklərin qarşısının alınması məqsədilə zəruri qabaqlayıcı tədbirlərə uyğun olaraq ahılların evlərində təmizlik işləri aparıb, tibbi profilaktik məmulatları onlara təqdim ediblər. Müvafiq dövr ərzində218 tənha ahıl və sağlamlıq imkanları məhdud vətəndaşlara evlərində sosial xidmət göstərilib ki, bunlardan 201-i 70 yaşdan yuxarı ahıl vətəndaşlardır. Eyni zamanda, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə muxtar respublikada sosial xidmətgöstərilən ahıl qadınlar və Ahıllar Evinin qadın sakinlərisosial könüllülərin iştirakı ilə ziyarət olunub, onlara hədiyyələr təqdim edilib. Həmçinin bu münasibətlə, Naxçıvan şəhərində yaşayan Sosialist Əmək Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanova və 110 yaşlı Şahbuz rayon sakini Ceyran Qafarova ilə də evlərində görüşlər keçirilib. Ötən ay həmçinin 21 mart “Beynəlxalq Daun Sindromlu İnsanlar Günü” ilə əlaqədar olaraq muxtar respublikada yaşayan 80 daun sindromlu insanlarla və Novruz bayramı münasibəti ilə 1000 sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib, onlara ərzaq sovqatları təqdim edilib.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq mart ayında 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları, məktəbdənkənar müəssisələrin dərnəklərinə cəlbi, xüsusi istedada malik olanların seçilməsi və aşkara çıxarılması üzrə tədbirlər davam etdirilib. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fəaliyyət göstərən bölmələrə 18, həmçinin mərkəzin defektoloji bölməsinin Ordubad rayon filialına 7, Şərur rayon filialına 5 sağlamlıq imkanları məhdud uşaq cəlb edilməklə, ümumilikdə 30 nəfərlə reabilitasiya tədbirləri aparılıb. Görmə məhdudiyyətli şəxslər üçün brayl əlifbası ilə “Könül işığı” və “Şəfəq” adlı jurnalların növbəti buraxılışları çap edilib və “Könül işığı” jurnalı səsləndirilərək audio kitabxana xidmətinə əlavə olunub. Həmçinin, ötən ay Gənclik Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün animasiya filmi nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramının icrasına uyğun olaraq Uşaq Bərpa Mərkəzində mart ayında ümumilikdə 6 nəfər ambulator müalicə alıb. Ay ərzində 21 sağlamlıq imkanları məhdud şəxsə 22 texniki reabilitasiya vasitələri verilib, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 18 sağlamlıq imkanları məhdud şəxsə protez-ortopedik xidməti göstərilib, 11 sağlamlıq imkanları məhdud şəxs 31 köməkçi reabilitasiya vasitələri ilə təmin olunub. Bununla yanaşı, müvafiq dövr ərzində Şağan Müharibə Əlilləri üçün Müalicə Pansionatına 4 göndəriş verilib, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 6 nəfərin müalicəsi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti