Qida Təhlükəsizliyi Agentliyi koronavirus infeksiyasından (COVID-19) qorunmaq üçün ərzaq mağazalarında alış-veriş zamanı istehlakçıların diqqət etməli olduğu məqamlara dair maarifləndirici material yayıb.
Maarifləndirici materialda əhaliyə alış-veriş üçün sıxlığın nisbətən az olduğu saatlara üstünlük vermələri tövsiyə olunub. Həmçinin kassa qarşısında növbədə olarkən digər şəxslərlə arada 2 metr məsafənin saxlanılması məsləhət görülüb. Qeyd olunub ki, pulla mümkün qədər az təmas edilməsi, nağdsız ödənişə üstünlük verilməsi daha məqsədəuyğundur.
Agentlik vətəndaşlara evlərə ərzaqların çatdırılması xidmətinə üstünlük vermələrini tövsiyə edir.