"Google" şirkəti koronavirus pandemiyası müddətində bütün dünyada istifadəçilərinin hərəkətini izləyən sayt işə salıb.
" COVID-19 Community Mobility Reports" adı verilən sayt vasitəsilə bir sıra obyektlərə və ərazilərə səfərlərin həcmi qeydə alınır.
Bununla belə, bu saytın insanların fərdi hərəkətlərini izləyəməyəcəyi deyilir.
Qeyd olunur ki, sayt işə düşdükdən sonra aparılan müşahidələrin bəzi nəticələri açıqlanıb.
Belə ki, fevralın 16-dan martın 29-dək olan müddətdə San Fransisko şəhərində ticarət mərkəzlərinə səfərlərin sayı 72 faiz, parklarda gəzintilərin sayı 55 faiz azalıb.
Sayt 131 ölkədə, o cümlədən Belarus, Qazaxıstan və Qırğızıstanda statistik məlumatları izləyəcək.