22 Dekabr 2024, Bazar

Muxtar respublikanın Şahbuz rayonunun Ağbulaq kəndində yol kənarlarındakı yaşıllıq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır.

Turizm bölgəsi olan Ağbulaqda ötən ilin payızında dağ yamaclarında 15 hektar sahədə toxumla bərpa işləri aparılıb. Ağbulaq kənd yolunun hər iki tərəfinə 1500 cəviz tingi əkilib, suvarma xətlərinin çəkilişinə başlanılıb.

Kənddəki əkin sahələrinin suvarılmasını təmin etmək üçün Gömür kəndindəki çaydan su arxı da çəkilib. Yaşıllıq sahələrinin suvarılmasında bu arxın suyundan istifadə olunacaq.

Qeyd edək ki, 2018-ci ildə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb. Bölgədə İstirahət Mərkəzi yaradılıb, yeni Xizək Mərkəzində tikinti işləri davam etdirilir. Yol kənarlarında 9 kilometrə yaxın ərazidə yaşıllıq zolaqlarına yeni suvarma sistemlərinin quraşdırılması da kənddə turizmin inkişafı sahəsində aparılan tədbirlərin davamıdır.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR