Ukrayna Respublikasının Evpatoriya şəhərində fəaliyyət göstərən Uşaq Klinik Sanatoriyasına üçhəftəlik müalicə üçün muxtar respublikadan daha 4 uşaq yola salınıb. Səmərəli fiziotеrаpеvtik müаlicə üsullаrı ilə məşhur оlаn klinikada keçiriləcək müalicə kursu zamanı onların valideynlərinin, eləcə də Naxçıvan Uşaq-Bərpa Mərkəzinin 2 həkiminin də orada iştirakı təmin olunub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu tədbir çərçivəsində uşaq serebral iflici diaqnozu qoyulmuş on səkkiz yaşadək sağlamlıq imkanları məhdud uşaqlar ixtisaslaşmış reabilitasiya mərkəzində müalicə kursu keçəcəklər.
Xəbərlər şöbəsi