22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası noyabr ayında da diqqətdə saxlanılmışdır.

Ötən ay aztəminatlı ailənin üzvü olan 5 qadının peşə kurslarına cəlb olunması, məşğulluq probleminin aradan qaldırılması ilə bağlı müraciət etmiş 5 əməkqabiliyyətli qadının işlə təmin olunması üçün məlumatları aidiyyəti orqanlara göndərilmiş, “Ailə təsərrüfatı məhsulları” festivalında 51 istedadlı qadının 208 əl işi satılmışdır. Həmçinin Kəngərli rayonunun Çalxanqala kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmiş, 205 maarifləndirici broşür paylanılmışdır. Uşaq hüquqlarının qorunması ilə əlaqədar 2 müəssisədə monitorinq keçirilmiş, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına fərdi məlumatlar daxil edilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər də davam etdirilmiş, 2 uşaq məktəbdənkənar təlim-tərbiyə müəssisəsinə cəlb olunmuş, aztəminatlı ailədən olan 42 uşağa qış geyimi verilmişdir.

Muxtar respublikanın rayonlarında xüsusi qayğıya ehtiyacı olan uşaqlara tamaşalar, filmlər göstərilmiş, onların muxtar respublikanın bir çox tarixi abidələrinə, muzeylərinə ekskursiyaları təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR