22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən fövqəladə hallara hazırlıq işləri oktyabr ayında da davam etdirilib, muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qоrunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində qarşıya qоyulmuş vəzifələr icra olunub. 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Naxçıvan şəhərində, Şərur, Sədərək və Culfa rayonlarında fəaliyyət göstərən müəssisə və təşkilatların fövqəladə hallara hazırlıq vəziyyəti yoxlanılıb, qazla iş rejiminə keçirilmiş 757 qazanxanaya baxış keçirilərək suqızdırıcı qazanların, qaz boru xətlərinin, nəzarət-ölçü cihazlarının işləkliyinə  nəzarət olunub. 221 müdavim peşə tədrisi məktəblərində ocaqçı-maşinist ixtisası üzrə kurslara cəlb edilib.

Muxtar respublikada standarta uyğun olmayan qaz və elektrik qızdırıcı cihazlarının istismarının qarşısının alınması məqsədilə müvafiq dövlət orqanları ilə birlikdə 87 ticarət obyektinə baxış keçirilib, təhlükəsizlik qurğusu olmayan məişət qaz cihazları aşkarlanaraq satışı dayandırılıb.

Ötən ay 15 təhlükə potеnsiаllı obyеktdə texniki təhlükəsizliyə əməl olunması yoxlanılıb, 2 texnoloji nəqliyyat vasitəsinə texniki pasport və dövlət nömrə nişanı verilib, 20 qurğu sınaqdan keçirilərək texniki təhlükəsizlik sertifikatı ilə təmin edilib. 5 müəssisədə mühafizə işinin təşkilinə nəzarət olunub, 8 müəssisədə maarifləndirmə-profilaktika işi aparılıb. Həmçinin muxtar respublikada radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə 10 tibb müəssisəsində yoxlama keçirilib, 3 tibb müəssisəsinə radioloji-gigiyenik pasport verilib. Mülki müdafiə işinin təşkili ilə bağlı 14 obyektdə yoxlama keçirilərək metodik köməklik göstərilib, əhaliyə fövqəladə hallardan qorunma qaydalarının öyrədilməsi məqsədilə 33 obyektdə 1552 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 221 obyektdə nəzəri, 151 obyektdə diqqətli, 9 obyektdə isə məqsədli yoxlamalar keçirilib, 43 obyektdə 1145 nəfərin iştirakı ilə yanğına qarşı maarifləndirici tədbir təşkil olunub.
Daşınmaz əmlakın icbari sığortası ilə bağlı müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində izahat işləri aparılaraq 32 obyektdə icbari sığorta müqaviləsinin bağlanılmasına nail olunub. 54 obyektin işçi və layihə sənədlərinin ekspertizası aparılaraq onların 43-nə rəy verilib. Naxçıvan şəhərində 2 obyektin ərazisində mühəndis-geoloji işlər aparılıb, yeni tikilən 4 yaşayış binasının tikinti norma və qaydalarına uyğun tikilməsinə nəzarət olunub. 6 tikinti obyektinin yükdaşıyıcı dəmir-beton kon­struksiyalarında betonun naturada möhkəmlik göstəricisi səyyari üsulla yoxlanılıb, tikinti işləri başa çatdırılmış 4 obyektə “İstismara hazırlıq aktı” tərtib olunub.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR