22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası oktyabr ayında da diqqətdə saxlanılmış, tədbir, monitorinq və sərgi-satışların keçirilməsi davam etdirilmişdir.

Aztəminatlı ailənin üzvü və sağlamlıq imkanları məhdud 5 qadının peşə kurslarına cəlb olunması, məşğulluq probleminin aradan qaldırılması ilə bağlı müraciət etmiş 9 əməkqabiliyyətli vətəndaşın, o cümlədən 8 qadının işlə təmin olunması üçün məlumatlar aidiyyəti orqanlara göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2019-cu il üçün İş Planına uyğun olaraq məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı keçirilmiş, 20 min 298 manat dəyərində 1629 rəsm və əl işi satılmışdır. Ümumilikdə, oktyabr ayında 273 şəxsin 20 min 478 manat dəyərində 1630 əl işi satılaraq iş sahiblərinə təqdim olunmuşdur. Həmçinin Şərur rayonunun Qışlaqabbas kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmiş, 205 maarifləndirici broşür paylanılmışdır.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədar 2 uşaq müəssisəsində monitorinq aparılmış, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına uşaqlar haqqında fərdi məlumatların yeni proqrama uyğun daxil edilməsi davam etdirilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər görülmüş, 11 uşaq ümumtəhsil məktəblərinə, məktəbdənkənar və müalicə-reabilitasiya müəssisələrinə cəlb olunmuş, Naxçıvan ­Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud olan uşaqlara tamaşa, Naxçıvan Dövlət Film Fondunda isə aztəminatlı, valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlara film göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR