22 Dekabr 2024, Bazar

Ötən dövr ərzində diyarımızda ekologiyanın mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılması istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilib.

Noyabr ayının 16-da növbəti payız iməciliyi keçirilib. Naxçıvan şəhərinin sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri bu tədbirdə fəallıq göstəriblər. Uzunoba Su Anbarının yaxınlığında 1200 meyvə ağacı və bərpa məqsədilə 100 üzüm tingi, Sərhəd Diviziyasının yaxınlığındakı 6 hektarlıq ərazidə 1200 badam ağacı və 160 həmişəyaşıl ağac, Sahil parkında 426 meşə ağacı salınıb. Həmçinin Atıcılıq Mərkəzinin yaxınlığındakı 3 hektarlıq ərazidə bərpa məqsədilə 80 meyvə və 70 meşə ağacı, müəssisə və təşkilatların ərazilərində 350 meşə ağacı, 90 həmişəyaşıl ağac və 400 gül kolu əkilib.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri də, əvvəlki iməciliklərdə olduğu kimi, əzmkarlıq nümayiş etdirib, Dizə kəndindəki 3 hektarlıq ərazidə və yol kənarlarında bərpa məqsədilə, ümumilikdə, 550 meyvə ağacı əkilib, suvarma işləri aparılıb.
İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilib. Bölgə sakinləri muxtar respublikanın ekologiyasına öz töhfələrini verməyə çalışıb, Babək qəsəbə­-Araz kəndi yolunun kənarlarında 1000 meyvə ağacı, hərbi hissənin yaxınlığındakı ərazidə 1000 meşə ağacı, bərpa məqsədilə ərazilərdə 2000 meyvə və eyni sayda meşə ağacı əkilib.
Bağlar diyarı Ordubadda da iməciliklər mütəşəkkilliklə keçirilib, Naxçıvan-Ordubad magistral yolunun Qapıcıq massivi hissəsində 550, Düylün kəndi hissəsində 850, Dəstə kəndi hissəsində 380 meyvə ağacı, Vənənd kəndindəki yeni tikilən məktəbin ərazisində 55 həmişəyaşıl ağac və 650 gül kolu əkilib.
Culfa rayon sakinləri də iməcilikdə böyük fəallıq nümayiş etdiriblər, rayonun Heydər Əliyev prospektində yol kənarlarında 120 meşə, 140 həmişəyaşıl ağac, Culfa şəhəri yaxınlığında və Daşarx massivindəki, ümumilikdə, 2,8 hektarlıq ərazidə 1000 meyvə, 635 həmişəyaşıl ağac, Ərəfsə körpüsünün ətrafında 160 meşə, 80 həmişəyaşıl ağac, bərpa məqsədilə 1,2 hektarlıq ərazidə 100 meyvə və 150 meşə ağacı əkilib.
Kəngərli rayonunun Böyükdüz kəndi yaxınlığında yol kənarlarında 1 hektarlıq ərazidə 650 meyvə ağacı, Xok-Yeni Kərki kəndləri arasında yol kənarlarında 2 hektarlıq ərazidə bərpa məqsədilə 1800 meyvə ağacı, ümumilikdə, bərpa məqsədilə ərazilərdə 1700 meyvə və 400 meşə ağacı, Xok kəndinin qəbiristanlığında 583 həmişəyaşıl ağac əkilib.
Şahbuzlular Türkeş kəndinə gedən yolun kənarlarında 2400, kənddəki 1 hektarlıq ərazidə 700 meyvə ağacı əkiblər.
Naxçıvan-Sədərək magistral yolunun kənarlarında 1000 meyvə ağacı, 200 həmişəyaşıl ağac və 600 gül kolu, 1,5 hektarlıq yeni salınmış bağda 600 badam ağacı, Heydərabad qəsəbəsindəki parklarda 150 meyvə ağacı və 200 gül kolu əkilib.
İməciliklərdə 21 min 478 nəfər iştirak edib. Ümumilikdə, 26 min 479 olmaqla, 4676 meşə, 17 min 910 meyvə, 1943 həmişə­yaşıl ağac, 1850 gül və bəzək kolları, 100 üzüm kolu əkilib.
Həmin gün Naxçıvan və Ordubad şəhərlərində, Babək rayonunun Nehrəm, Şahbuz rayonunun Mahmudoba kəndlərində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR