“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası cari ilin ötən dövrü ərzində də davam etdirilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də hərbi xidmətdən yeni tərxis olunan şəxslərin məşğulluqlarının təmin edilməsidir.
Hərbi xidmətdən təxris edilmiş Naxçıvan şəhərindən olan gənclərlə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər, Babək rayonundan olan gənclərlə Babək rayon, Şərur, Kəngərli və Sədərək rayonlarından olan gənclərlə xidmətin Şərur rayon idarələrində, Ordubad və Culfa gəncləri ilə xidmətin Ordubad, Şahbuz gəncləri ilə xidmətin Şahbuz rayon şöbələrində görüş keçirilib.
Tədbirdə hərbi xidmətdən yeni tərxis olunan gənclərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, onların əmək bazarına inteqrasiyası və rəqabət qabiliyyətinin artırılması və digər məsələlərlə bağlı məlumatlar verilib.
Gənclərin vakant iş yerlərinə, peşə hazırlığı kurslarına, haqqıödənilən ictimai işlərə göndərilməsi məqsədilə qeydiyyatı aparılıb.
Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti