22 Dekabr 2024, Bazar

Babək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açaraq rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb. Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov bildirib ki, sığorta işinin daha da dərinləşdirilməsi, hər bir vətəndaşda sığorta şəhadətnaməsinin olmasının təmin edilməsi, sığorta mədəniyyətinin daha da yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Qeyd edilib ki, ötən müddətdə Babək rayonunda bu istiqamətdə müəyyən işlər görülüb. Belə ki, rayon üzrə cari ilin yanvar-iyun aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 891, daşınmaz əmlakın icbari sığortası üzrə 2219 olmaqla, ümumilikdə, 6853 sığorta müqaviləsi bağlanılıb.
Diqqətə çatdırılıb ki, görülmüş işlərlə bərabər, bəzi icbari və könüllü sığorta növləri üzrə müqavilələrin bağlanılmasında müəyyən çatışmazlıqlar da mövcuddur. Belə ki, Babək rayonunda icbari sığortalar üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Ancaq qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta olunmalı olan hər bir obyektin sığortası təmin edilməlidir. Rayonda bu sahədə fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri ilə aparılan maarifləndirmə işləri genişləndirilməli, aqrar sektor üzrə sığortanın xüsusi çəkisi artırılmalıdır. Bu məqsədlə sığorta sahəsində maarifləndirmə və təbliğat işləri daha da genişləndirilməlidir.
Sonra çıxışlar olub.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR